AZ

Kim Çen İndən dünyanı narahat edən elan: Say artacaq

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Koreya Xalq Demokratik Respublikası (KXDR) hər il nüvə silahlarının sayını artıracaq”.

Globalinfo.az xəbər verir ki, bunu KXDR lideri Kim Çen İn deyib.

“Biz dövlətin nüvə silahlı qüvvələrini hər il gücləndirməyi planlaşdırırıq. Nüvə silahlarının sayının artırılması, nüvə vasitələrinin genişləndirilməsi və onların tətbiq mühitinin böyüdülməsi üçün bütün səylərimizi göstərəcəyik”, – Kim Çen İn bildirib.

KXDR lideri əlavə edib ki, ölkənin suverenliyinə və təhlükəsizlik maraqlarına qəsd ediləcəyi təqdirdə Şimali Koreya ordusu düşmən ölkələrə qarşı dərhal amansız cavab zərbəsi endirəcək.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
globalinfo.az

2Mənbələr