AZ

Rafinya: “Qayıdış edə biləcək yeganə komanda bizik”

“Barselona”nın hücumçusu Rafinya İspaniya Kuboku çərçivəsində “Atletiko” ilə baş tutacaq çətin qarşılaşma öncəsi komandasının şanslarını dəyərləndirib.

İdman.Biz xəbər verir ki, futbolçu ilk oyundakı uğursuzluğa baxmayaraq, mərhələni keçəcəklərinə inandığını bildirib.

O, komanda yoldaşlarının döyüşkən ruhundan əmin olduğunu vurğulayıb:

“Biz əla oyun nümayiş etdirə biləcəyimizə tam əminik. Öz gücümüzə inanırıq və böyük bir qayıdış (kambek) etmək iqtidarında olduğumuzu bilirik. Əgər bunu bacaracaq bir komanda varsa, o da məhz bizik”.

Qeyd edək ki, “Atletiko Madrid” Kral Kuboku yarımfinalının ilk oyununda “Barselona”nı 4:0 hesabı ilə məğlub edib.

İdman.Biz
Seçilən
12
1
idman.biz

2Mənbələr