AZ

Tramp:”Türkiyə və türk xalqı ilə birlikdəyik”

ABŞ prezidenti Donald Tramp F-16 qırıcı təyyarəsinin qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib. Hadisə 25 fevral gecəsi Balıkesir şəhərindəki 9-cu hava bazasından havaya qalxan hərbi təyyarənin qəzaya uğraması nəticəsində pilot həlak olub.

Vətəninfo.az-ın  verdiyi məlumata görə, ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Tramp adından sosial mediada başsağlığı mesajı paylaşıb.

Mesajda xüsusilə deyilir:

“Prezident Donald Tramp və Amerika Birləşmiş Ştatları xalqı adından Balıkəsirdə həlak olan Türkiyə Hərbi Hava Qüvvələri pilotunun ailəsinə dərin hüznlə başsağlığı veririk. Bu matəm dövründə müttəfiqimiz və NATO tərəfdaşımız Türkiyə və türk xalqı ilə birlikdəyik.”

Seçilən
18
veteninfo.az

1Mənbələr