AZ

“Xocalıda ədalət bərqərar oldu” adlı anım tədbiri keçirilib

BAKI, 26 fevral. TELEQRAF

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalıda ədalət bərqərar oldu” adlı anım tədbiri keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi və faciə qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən Komitə sədrinin müavini Dövlətxan Dövlətxanov 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə dinc əhaliyə qarşı törədilən Xocalı soyqırımının beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunan ağır cinayət kimi tarixə düşməsini vurğulayıb. O, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Şanlı Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini, Xocalıda müharibə cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb olunduğunu qeyd edib.
Daha sonra sədr müavini hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə diqqət çəkərək, Xocalı şəhərinin müasir şəhərsalma prinsipləri əsasında bərpa olunduğunu vurğulayıb.

Tədbir çərçivəsində memar Camal Rəşid Əlizadə müəllifi olduğu “Ana harayı” abidəsinin bədii-estetik xüsusiyyətləri, kompozisiya quruluşu və faciənin ağrısını ifadə edən emosional təsvir vasitələri barədə məlumat verib. Eyni zamanda, memar Leyla Hüseynova Xocalı şəhərindəki Soyqırım Memorial Kompleksinin ideya və konsepsiyası, memarlıq həlli haqqında təqdimatla çıxış edib.
Sonda Xocalı faciəsinə və hazırda şəhərin bərpasına həsr olunmuş sənədli film nümayiş etdirilib.

Seçilən
6
5
teleqraf.com

6Mənbələr