AZ

Günorta yuxusu: Böyüklər üçün də enerji qaynağı

Günorta yuxusunun yalnız uşaqlar üçün deyil, böyüklər üçün də faydalı olduğu bildilir.

 

Pravda.az xatırladır ki, xüsusilə saat 13:00–15:00 arası təxminən 30‑60 dəqiqəlik yuxu beynin “yenidən başladılması”na və diqqət, yaddaş kimi funksiyaların yaxşılaşmasına kömək edir. Oyanandan sonra beyin yeni məlumatları daha effektiv şəkildə emal edə bilir.

 

Mütəxəssislər bildirirlər ki, belə “reset” effekti beynin sinaptik doygunluğunu azaldır və yenidən öyrənmə qabiliyyətini artırır.

 

Ən yaxşı nəticə üçün günorta yuxusunun çox uzun olmaması və sakit, aşağı işıqlı mühitdə olması məsləhət görülür.

 

Bu praktika yorğunluğu azaltmaqla yanaşı, gündəlik performansı və zehni çevikliyi yaxşılaşdırmağa kömək edə bilər.

 

Əminə Bayramova

Tarix: 26 Fevral 2026, 11:28   
Seçilən
6
pravda.az

1Mənbələr