AZ

Ankarada Azərbaycanın böyük dostu İhsan Doğramacının xatirəsi anılıb

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Ankara, 26 fevral, AZƏRTAC

Görkəmli alim, maarifçi və xeyriyyəçi, Türkiyə Ali Təhsil Şurasının (YÖK) ilk rəhbəri və Bilkent Universitetinin Himayəçilər Şurasının sabiq sədri, Azərbaycanın böyük dostu professor İhsan Doğramacının vəfatının 16-cı ildönümü münasibətilə Ankarada əklilqoyma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, qeyri-hökumət təşkilatlarının nümayəndələri, paytaxt universitetinin rektorluğu, alimin ailəsi və dostları tərəfindən Doğramacının Bilkent Universitetinin ərazisindəki abidəsi önünə gül dəstələri düzülüb.

Anım mərasiminin iştirakçıları xatirəsi Azərbaycanda da ehtiramla yad edilən Doğramacının nailiyyətlərini qeyd ediblər.

Ümummilli Lider Heydər Əliyev ilə səmimi dostluğu ilə tanınan Doğramacı dövlətimizin ən yüksək mükafatları - Heydər Əliyev və İstiqlal ordenləri ilə təltif edilib. On dörd ölkənin 26 universitetində fəxri doktorluq dərəcəsinə sahib olan görkəmli alim 25 fevral 2010-cu ildə 95 yaşında vəfat edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
azertag.az

1Mənbələr