“Qarabağ”ın sabiq hücumçusu Juninyo Olavio Ağdam klubuna əlavə gəlir qazandırıb.
İdmanxeber.az-ın məlumatına görə, buna səbəb “Flamenqo”nun uğurları olub. Futbolçu Braziliya klubu ilə həm ölkə çempionu, həm də Libertadores Kubokunun qalibi olduğu üçün “Qarabağ”a iki titulun qarşılığı olaraq ümumilikdə 500 min avro (1 milyon manat) ödənilib.
Xatırladaq ki, Juninyo bir il əvvəl 5 milyon avroya “Flamenqo”ya satılmışdı.