ABŞ Cənubi Kipr əsgərlərinə müxtəlif sahələrdə hərtərəfli təlim keçməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Sözcü" qəzeti yazıb.
Bildirilib ki, ABŞ Suriyada PKK-nın uzantıları hesab edilən terrorçu qruplara hərbi təlim dəstəyini dayandırsa da, Kipr Rum Milli Qvardiyası üçün hərtərəfli təlim proqramı başladıb.
Müqavilə çərçivəsində ABŞ hərbi mütəxəssisləri Cənubi Kipr əsgərlərinə terrorla mübarizə, şəhər əməliyyatı texnikaları, xüsusi əməliyyat tətbiqləri və böhranların idarə olunması üzrə təlim keçirlər. Birgə təlimlər əməliyyat koordinasiyasına, müdafiə planlaşdırmasına və müasir müharibə texnikalarına yönəlib.
ABŞ, həmçinin kibermüdafiə, kibertəhlükəsizlik və rəqəmsal təhdid təhlili sahələrində də dəstək göstərir. Cənubi Kipr hərbçiləri və təhlükəsizlik işçiləri qabaqcıl proqram sistemləri, məlumat təhlükəsizliyi prot okolları və rəqəmsal infrastrukturun qorunması metodları üzrə təlim keçirlər.