AZ

Avropa Yenidənqurma və İnkişaf Bankı yaxın illərdə Azərbaycanda iqtisadi artımın sürətlənəcəyini proqnozlaşdırır

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın realümumi daxili məhsulunun (ÜDM) 2026-cı ildə 2%, 2027-ci ildə isəillik ifadədə 2,5% artacağını proqnozlaşdırır.

Trend bu barədəAYİB-ə istinadən xəbər verir.

Qeyd olunur ki, 2025-ci ildə iqtisadi dinamika zəifləyib: realÜDM artımı 2024-cü ildəki 4,2% ilə müqayisədə 1,4%-ə qədəryavaşlayıb. “Yavaşlama karbohidrogen hasilatının 1,6% azalması iləbağlı olub. Qeyri-neft-qaz sektorlarında artım 2024-cü ildəki6,5%-dən 2,7%-ə düşüb, istehlak inflyasiyası isə əsasən ərzaqməhsulları və xidmətlərin bahalaşması səbəbindən 2025-ci ildə5,6%-ə qədər yüksəlib, lakin Mərkəzi Bankın hədəf diapazonu (4% ± 2faiz bəndi) daxilində qalıb”.

Vurğulanır ki, Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin iyul vədekabr aylarında hər biri 25 baza bəndi olmaqla iki dəfə faizdərəcəsini azaldıb və bununla da 2023-cü ilin noyabrından bəriümumi monetar yumşalma 225 baza bəndinə çatdırılıb. Artımınyavaşlamasına baxmayaraq, fiskal və xarici buferlər dayanıqlıolaraq qalıb. 2025-ci ildə dövlət büdcəsi ÜDM-in 0,4%-i həcmindəprofisitlə icra olunub. Dövlət borcu aşağı səviyyədə qalaraq2025-ci ilin sentyabr ayına olan vəziyyətə görə ÜDM-in təxminən20%-ni təşkil edib.

“Enerji daşıyıcılarının ixrac gəlirlərinin azalması və malidxalının artması fonunda 2025-ci ilin ilk üç rübündə xariciticarət profisiti azalıb. Dövlət Neft Fondunun aktivləri və MərkəziBankın valyuta ehtiyatları daxil olmaqla beynəlxalq ehtiyatlar2025-ci ilin dekabr ayına 85,1 milyard ABŞ dollarına (ÜDM-in112%-i) çatıb.

Real ÜDM artımının 2026-cı ildə 2,0%-ə, 2027-ci ildə isə 2,5%-əqədər sürətlənəcəyi gözlənilir. Proqnoz karbohidrogenlərinqiymətlərinə və hasilat həcmlərinə həssas olaraq qalır. Müsbətamillər kimi ABŞ-nin vasitəçiliyi ilə Ermənistanla sülh təşəbbüsüçərçivəsində regional əlaqəliliyin və ticarət təşəbbüslərinininkişafı, həmçinin bərpa olunan enerji sahəsinə davam edən irihəcmli investisiyalar qeyd olunur ki, bunlar iqtisadi artımınsürətlənməsinə və iqtisadiyyatın şaxələndirilməsinə töhfə verəbilər”, – deyə bank bildirib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə,2026-cı ilin yanvar ayında ölkədə 9 milyard 78,7 milyon manatlıq vəya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 1,7 faiz çox ümumi daxiliməhsul istehsal olunub.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər0,6 faiz, qeyri neft-qaz sektorunda isə 2,3 faiz artmışdır.

ÜDM istehsalının 33,9 faizi sənaye, 11,7 faizi ticarət;nəqliyyat vasitələrinin təmiri, 7,8 faizi nəqliyyat və anbartəsərrüfatı, 3,6 faizi tikinti, 3,3 faizi kənd təsərrüfatı, meşətəsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi vəictimai iaşə, 2,2 faizi informasiya və rabitə sahələrinin, 23,4faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalisvergilər ÜDM-in 11,7 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 884,5 manata bərabər olub.

Məqalədə:
Seçilən
13
az.trend.az

1Mənbələr