AZ

22 yaşlı gənci iş yoldaşları bıçaqladı

Biləsuvar rayonunda bir yerdə işləyən gənclər arasında yaranan mübahisə bıcaqlanma ilə nəticələnib.

NOCOMMENT.az -ın Muğan bürosunun məlumatına görə Hadisə rayonun Bəydili kəndində olub.

Belə ki, Cəbrayıl rayonu sakini 2004 – ci il təvəllüdlü Həziyev Fərid Samir oğlu iş yoldaşları tərəfindən bıcalanıb.

Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılan F. Həziyev əməliyyat blokuna alınıb, hazırda müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Həkimlər vəsiyyətini stabil qiymətləndirir.

Əməli törətmək şübhəli bilinən 35 yaşlı Tural Əmirxanov və 26 yaşlı Əli Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Qeyd edək ki, adı çəkilən şəxslər, rayonda tikilməkdə olan Günəş elektrik stansiyasının tikintisində çalışırmışlar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
0
16
nocomment.az

10Mənbələr