AZ

Orban Zelenskiyə: “Drujba» borusunu açın

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskiyə "açıq məktub" ünvanlayaraq “Drujba” neft borusunu işə salmağı, Macarıstanın enerji təhlükəsizliyinə qarşı hücumlardan çəkinməyi tələb edib.

APA xəbər verir ki, Orban Zelenskiyə ünvanladığı məktubun mətnini “X” platformasında paylaşıb.

O, Kiyevi yaxın gələcəkdə Macarıstanda keçiriləcək seçkilərə təsir göstərməkdə ittiham edib.

"Son günlərdə siz Macarıstanın enerji təchizatı üçün həyati əhəmiyyət kəsb edən “Drujba” neft kəmərini blokladınız. Sizin hərəkətləriniz Macarıstanın maraqlarına ziddir və macar ailələrinin təhlükəsiz və əlverişli enerji təchizatını təhdid edir", - o bildirib.

Onun sözlərinə görə, “Ukrayna, Brüssel və Macarıstan müxalifəti guya Macarıstanda Ukrayna tərəfdarı olan bir hökuməti hakimiyyətə gətirmək üçün əməkdaşlıq edir”.

Orban, həmçinin bildirib ki, Ukraynada baş verənlərə görə məsuliyyət daşımır.

"Biz Ukrayna xalqının acısını paylaşırıq, amma müharibədə iştirak etmək istəmirik. Biz hərbi səyləri maliyyələşdirmək istəmirik və enerji resurslarına daha çox pul ödəmək istəmirik", - Orban qeyd edib.

Seçilən
3
3
apa.az

4Mənbələr