AZ

XOCALI

Xocalı xalqıma vurulan zərbə,

Xocalı xalqımın ah naləsidir.

Xocalı günahsız şəhidlərimin,

Qəlbimdə döyünən ayaq səsidir.

----------

Qıyıldı yüzlərlə insan qanına,

Qəsd etdi, baxmadı cavan canına.

Gör neçə sakinin düşdü didərgin.

Dağ, daş da baxırdı sakitcə o gün

-----------

Qarlı meşələrdə tutuldu yollar,

Süngüyə taxılıb, kəsildi qollar.

Xalqıma vuruldu ağır bir zərbə,

Ucaldı göylərə gör neçə nalə.

-----------

Ucalsın göylərə qoy haqqın səsi,

Hürkütsün düşməni xalqın nərəsi.

Gün gələr qayıdar Xocalı yurdu,

Gül açar o zaman dağı dərəsi..

Tural Coşqun

Seçilən
16
sia.az

1Mənbələr