AZ

Səhiyyə Nazirliyinin rəhbərliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib (FOTO)

Bakı. Trend:

Müasir tariximizin ən dəhşətli faciələrindən biri olan Xocalısoyqırımının 34-cü ildönümüdür. Azərbaycan Respublikası SəhiyyəNazirliyinin rəhbərliyi Xocalı soyqırımının ildönümü ilə əlaqədarfaciə qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsiniziyarət edib.

Trend xəbər verir ki, bubarədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin əməkdaşları abidə önünə tər gül dəstələri qoyublar,faciə qurbanlarının xatirəsi ehtiramla yad ediblər.

Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur vəunutmayacaq.

Bu dəhşətli faciənin dünya ictimaiyyətinə çatdırılması hər zamanPrezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətlərisırasındadır. Xocalı soyqırımının dünyada tanıdılmasındaAzərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondununprezidenti Mehriban Əliyevanın da müstəsna xidmətləri var.Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalıyadəfələrlə səfərlər edərək, yenidənqurma işləri ilə tanış olub,rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçiriblər. Beləki, dövlət başçısı tərəfindən Xocalı şəhərində Xocalı SoyqırımıMemorialının təməli də qoyulub.

Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecəerməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin dincəhalisinə qarşı törədilmiş kütləvi qırğın aktıdır. Nəticədə 613nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi amansızlıqlaqətlə yetirilib, 1275 nəfər əsir götürülüb, yüzlərlə insan itkindüşüb. 8 ailə tamamilə məhv edilib.

Bu qanlı faciə beynəlxalq hüquq normalarına zidd olaraqbəşəriyyətə və insanlığa qarşı cinayət kimi qiymətləndirilir.

Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Məqalədə:
Seçilən
28
1
az.trend.az

2Mənbələr