AZ

Ermənistan-Rusiya münasibətləri transformasiya mərhələsindədir – Paşinyan

Ermənistan ilə Rusiya arasındakı münasibətlər hazırda transformasiya mərhələsindədir və ölkəsi Rusiya ilə əlaqələri inkişaf etdirməkdə qərarlıdır.  Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. 

Paşinyan xatırladıb ki, 2020-ci ilin noyabrında Azərbaycanla atəşkəsin yaradılmasında Rusiya prezidentinin Vladimir Putin rolu həlledici olub.

 “8 noyabrda Ermənistanla Azərbaycan arasında atəşkəsin yaradılmasında Rusiya Federasiyasının və şəxsən prezident Putinin rolu çox vacib olub”, - o bildirib. 

Baş nazir həmçinin Ermənistanda yerləşən Rusiya hərbi bazaları ilə bağlı heç bir narahatlıq və ya yeni plan olmadığını bildirib. O qeyd edib ki, Ermənistanın Rusiya ilə siyasi və iqtisadi əlaqələri sıxdır.

Aytac 

Seçilən
3
1
anews.az

2Mənbələr