"ABŞ və İran razılığa gələ bilməyəcəklər, çünki ABŞ razılığa gəlmək istəmir".
"Yeni Sabah" xəbər verir ki, bunu "X" hesabında tanınmış iranlı jurnalist və siyasi analitik Fereşte Sadeqi bildirib.
O, paylaşımında yazıb:
"Şəxsi proqnoz (bəlkə də səhvdir):
ABŞ və İran razılığa gələ bilməyəcəklər, çünki ABŞ razılığa gəlmək istəmir.
Əgər ABŞ razılığa gəlmək istəsəydi, İrana və onun neft ixrac donanmasına qarşı sanksiyaları yenidən tətbiq etməzdi.
ABŞ İranı qazandakı qurbağa kimi qaynadır. İranın qazandan çıxmasının yeganə yolu tullanmaqdır".
İzləyicilərdən biri bu tullanışın necə həyata keçirilməli olduğunu soruşub. Fereşte Sadeqinin cavabı qısa və aydın cavabı budur: "Bomba", yəni atom silahı.
Telegram kanalımız