AZ

Azərbaycanda evlənənlərin sayı azalır, gələcəkdə nə əsgər tapılacaq, nə işçi Sosioloq

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda son illər doğum göstəricilərində azalma tendensiyası müşahidə olunur. Əvvəllər çoxuşaqlı ailələr cəmiyyətdə daha geniş yayılmışdısa, indi ailələrin əksəriyyəti iki və ya üç övladla kifayətlənir. Valideynlərin uşaqlara daha keyfiyyətli təhsil və yüksək rifah təmin etmək istəyi, gənclər arasında ailə qurmağa marağın zəifləməsi, eləcə də daha rahat həyat tərzinə üstünlük verilməsi bu dəyişikliklərin əsas səbəbləri kimi göstərilir. Sosial və iqtisadi faktorların təsiri ilə formalaşan bu meyl uzunmüddətli perspektivdə təbii artım tempinin zəifləməsinə, yaşlı əhali payının artmasına və nəticədə əmək bazarı ilə sosial təminat sistemində əlavə təzyiqə səbəb ola bilər.Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Demokrat.az-a açıqlamasında bildirib ki, bu proses təkcə Azərbaycana xas deyil:“Çox az sayda ölkələrdə artım hələ də yüksək templə davam edir. Azərbaycanda əvvəllər yüksək demoqrafik dinamika müşahidə olunurdu, lakin son illərdə təbii artımda müəyyən ləngimələr hiss edilir. Əvvəllər çoxuşaqlı ailələr üstünlük təşkil edirdi, xüsusən Sovet dövründə bu, müxtəlif sosial təşviqlərlə dəstəklənirdi. Uşaq pulları, qəhrəman ana statusları və digər sosial mexanizmlər geniş tətbiq olunurdu. Sovet İttifaqı dağıldıqdan sonra isə insanlar Qərb dəyərləri ilə tanış oldular və “az, amma keyfiyyətli uşaq” yanaşması formalaşdı. Bu dəyişiklik həm təhsil səviyyəsinin, həm də mədəni inkişafın artması ilə bağlıdır. İndiki dövrdə insanlar uşaqlarına daha yaxşı təhsil vermək, onların karyerasına dəstək olmaq və rifahını təmin etmək üçün az sayda övlad sahibi olmağa üstünlük verirlər. Hazırda Azərbaycanda iki uşaqlı ailələr üstünlük təşkil edir. Statistik göstəricilər də təbii artımın zəiflədiyini göstərir. Son 22 ildə əhali yalnız 26,4% artıb, amma ahılların sayı 99,4% artıb. Son 5 ildə isə əhalinin sayı təxminən 38 min nəfər azalıb. Eyni zamanda, birinci sinfə qəbul olunan şagirdlərin sayı da 30-32 min nəfər azalıb. Bunun əsas səbəblərindən biri ailə planlaşdırması ilə bağlı düşüncə dəyişikliyidir”.Sosioloq əlavə edib ki, həyat tərzi və sosial davranış modelləri də doğum səviyyəsinə təsir göstərir:“Digər səbəb isə gənclər arasında ailə qurmağa marağın azalması, boşanmaların artması və nəticədə təbii artıma mənfi təsirdir. Əgər bu tendensiya davam edərsə, gələcəkdə həm səfərbərlik, həm əmək bazarı, həm də demoqrafik təhlükəsizlik sahələrində problemlər yarana bilər. Təbii artım azaldıqca mexaniki artım (miqrasiya) arta bilər ki, bu da Azərbaycanı Avropa ölkələrinin miqrant ekspansiyası problemi ilə üzləşdirə bilər. Bu səbəbdən təbii artımın təşviqi vacibdir. Dövlətin bu sahədə müəyyən təşviqedici tədbirlər həyata keçirməsi tövsiyə olunur. Məsələn, Türkiyədə “Ailə ili” çərçivəsində gənc ailələrə mənzil üçün faizsiz kreditlər ayrılır, toy xərcləri qarşılanır və gənclərin məşğulluğu artırılır. Azərbaycanda isə uşaqpulu institutunun bərpası, çoxuşaqlı ailə anlayışının 5 uşaqdansa 3 uşağa endirilməsi kimi təşəbbüslər müzakirəyə çıxarılmalıdır. Bu cür sosial dəstək və təşviqlər təbii artımı stimullaşdıra bilər. Çünki ölkənin gələcəyi sağlam, gənc və keyfiyyətli əhali ilə bağlıdır. Dövlətin bu istiqamətdə müvafiq addımlar atacağına inanılır”.Həmçinin oxu:

Minlərlə ailənin özəl görüntüləri yayıla bilər — Evlərdəki bu bahalı alət 'casus' imiş

Tolikə yüksək vəzifə verildi

Kartofun yanına niyə alma qoyurlar?Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
demokrat.az

1Mənbələr