AZ

Xocalı soyqırımı dünya ictimaiyyətinə çatdırılır

"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə qarşı ağır cinayətlər törətdi".

Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, həmin gecə yüzlərlə insan amansızlıqla qətlə yetirildi, ailələr parçalandı, uşaqlar valideynlərini, valideynlər isə övladlarını itirdi:

"Əsir götürülən qocalar, itkin düşən sakinlər və sağ qalan şahidlər bu faciənin ağrısını illər keçsə də unutmadılar. Bu hadisə təkcə bir şəhərin deyil, bütövlükdə xalqın yaddaşına qanlı səhifə kimi həkk olundu. Üstəlik, işğal nəticəsində Xocalıda yüzlərlə yaşayış evi və sosial obyekt - məktəblər, mədəniyyət ocaqları, klublar, tarix-diyarşünaslıq muzeyi dağıdıldı, habelə şəhərin infrastrukturu tamamilə məhv edildi". 

392943

Millət vəkili qeyd edib ki, Xocalıda törədilənlər soyqırım mahiyyət etibarilə 1948-ci ildə qəbul olunmuş BMT-nin “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasında təsbit edilən genosid anlayışına uyğun gəlir:

"Həmin sənədə əsasən, müəyyən etnik, milli və ya dini qrupu məhv etmək məqsədi ilə həyata keçirilən kütləvi qətliam soyqırımı hesab olunur. Xocalı hadisələri də məhz bu xüsusiyyətləri daşıyır".

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması və tarixi həqiqətlərin unudulmaması məqsədilə 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına start verildi:

"Layihənin müəllifi Fondun vitse-prezidenti Leyla Əliyevadır. Kampaniya çərçivəsində müxtəlif ölkələrdə konfranslar, sərgilər və tədbirlər keçirildi, minlərlə insan və yüzlərlə təşkilat bu təşəbbüsə dəstək göstərdi. Bundan başqa, xarici KİV-lərdə də Xocalı həqiqətlərini əks etdirən çoxsaylı materiallar yayımlandı".

Pərvanə Vəliyeva onu da vurğulayıb ki, Prezident İlham Əliyev də Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində çox mühum işlər görür:

"Dövlətimizin başçısı beynəlxalq platformalarda bu faciənin siyasi-hüquqi mahiyyətini diqqətə çatdırır. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə illərdir ədalət gözləyən Xocalı qurbanlarının xatirəsinə ehtiram və tarixi ədalətin bərpasının rəmzi kimi dəyərləndirilir".

Günel

Seçilən
24
50
hit.az

10Mənbələr