AZ

Kuba ərazi sularında insident: ABŞ qayıqlarına atəş açılıb

Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Amerika qayığındakı dörd nəfər həlak olub: altı nəfər yaralanıb

Kuba sərhədçiləri Kuba ərazi sularına daxil olan ABŞ mülki qayığına atəş açıblar. AYNA.AZ xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Villa Klara əyalətinin sahillərində baş verib.

Kuba Daxili İşlər Nazirliyinin məlumatına görə, “Amerika qayığının heyəti dayanmaqdan imtina edib və sərhədçilərə atəş açıb. Sərhədçilər isə cavab atəşi açıblar”.

Amerika qayığındakı dörd nəfər həlak olub, altı nəfər yaralanıb. Sərhədçilərdən biri də yaralanıb. Bütün yaralılar Kubaya aparılıb və orada tibbi yardım göstərilib.

Hadisə son aylarda Kuba və ABŞ hökumətləri arasında gərginliyin artması fonunda baş verib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
ayna.az

1Mənbələr