AZ

Əli Əsədov yeni qərar imzaladı

İcbari tibbi sığortanın Xidmətlər Zərfində dəyişiklik edilib.

News365.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) tibbi xidmətlərin göstərilməsi şərtləri müəyyənləşib.

Həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) tibbi xidmətlər aşağıdakı şərtlərlə göstərilir:

- müvafiq tibbi xidmətin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən göstərilməsi üçün zəruri tibbi avadanlıq və (və ya) müvafiq sahə üzrə işçilərinin olmaması;

- bir büdcə ili ərzində tibbi xidmətlər göstərilən həbs edilmiş şəxslərin, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərin (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) 1500 nəfərdən çox olmaması;

- bu Sənəd nəzərə alınmaqla, bir büdcə ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına həyata keçirilən sığorta ödənişlərinin 200 000 manatadək olması.

Həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) tibbi xidmətlərin göstərilməsi zamanı Azərbaycan Respublikasının ƏdIiyyə Nazirliyi tərəfindən təhlükəsizlik tədbirləri təmin edilir.

Seçilən
5
11
news365.az

10Mənbələr