“Ata-baba torpaqlarımıza qayıtmaq soydaşlarımızın tarixi haqqıdır”.
“Yeni Sabah” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli fevralın 26-da Bakının Xətai rayonu ərazində yerləşən “Ana harayı” abidəsini ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq işləri aparılır:
“Xocalı bu gün abadlaşır. Məcburi köçkünlər 30 illik həsrətdən sonra öz doğma torpaqlarına qayıdırlar. İnşallah Qərbi Azərbaycan qaçqınları da öz ata-baba torpaqlarına qayıdacaq. Biz buna əminik”.
Nazim Hacıyev
Telegram kanalımız