AZ

Viktor Orban: “Kiyevə etibar etmirik”

AzVision.az xəbər verir ki, Viktor Orban Avropanın mövcud təhlükəsizlik sisteminin məhv edildiyini və buna görə Avropa İttifaqı (Aİ) liderlərinin Rusiya ilə danışıqlar masasına oturmalı olacaqlarını deyib.

“Biz mütləq Rusiya-Avropa təhlükəsizlik müqaviləsi bağlamalıyıq və bu müqavilə çərçivəsində silahlı qüvvələrin səviyyəsinə məhdudiyyətlər qoymalıyıq”,- Macarıstanın Baş naziri “YouTube” platformasındakı “Patriota” kanalında çıxışı zamanı bildirib.

Siyasətçi bu məhdudiyyətlərin Ukraynaya da şamil edilməli olduğunu diqqətə çatdırıb.

- Mən Macarıstanın arxasında 800 min nəfərlik Ukrayna ordusunun olmasını istəmirəm, çünki bu, bizim üçün təhlükə yarada bilər. Tarixdə ukraynalılara etibar etməyim üçün heç bir səbəb tapa bilmirəm. Əgər kimsə belə bir səbəb bilirsə, xahiş edirəm mənə desin”,- Viktor Orban vurğulayıb.

Macarıstan liderinin sözlərinə görə, Ukrayna ordusunun mümkün qədər kiçik və ona nəzarət mexanizmlərinin mövcud olması Budapeştin maraqlarına uyğundur.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
14
1
azvision.az

2Mənbələr