AZ

Dostluqların yaş dövrü: 20‑dən 60‑a necə dəyişir?

Yaş artdıqca dostluqlar da dəyişir: sayı azala, keyfiyyəti isə güclənə bilər.

 

Pravda.az bildirir ki, əbədi dostluqlar üçün səmimi niyyət, anlayış çox vacibdir.

 

20 -30 yaş arası: İnsanlar məktəb və universitet kimi oxşar dövrlərdən keçdiyi üçün bu yaşda dostluqlar daha çox ortaq fəaliyyətlərlə qurulur. İş və yaşadığı yer də yeni tanışlıqlara təsir edir.

 

30‑40 yaş arası: Evlilik, uşaqlar və karyera kimi ortaq təcrübələr dostluqları daha şüurlu və dərin edir, amma boş vaxtın az olması yeni dostluqlar qazanmağı çətinləşdirir. Bu dövrdə insanlar artıq daha seçici olur və köhnə dostluqları davam etdirməyə üstünlük verə bilərlər.

 

50‑60 yaş arası və sonrakı dövr: Təqaüd və sosial qruplar vasitəsilə yeni əlaqələr yarana bilər, ancaq yaş artdıqca yeni dostluqlar yaratmaq çətinləşə bilər, çünki insanların həyatında köç etmə, yer dəyişdirmə, iş və ailə vəziyyəti kimi dəyişikliklər baş verir. Ortaq maraqlar ətrafında dostluqlar daha mənalı ola bilər.

 

Əminə Bayramova

Tarix: 26 Fevral 2026, 12:13   
Seçilən
5
pravda.az

1Mənbələr