AZ

Trampdan Maduroya qarşı daha bir skandal qərar Vəkili etiraz etdi

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi hökumət məhkəməsi keçiriləcək Venesuelanın keçmiş lideri Nikolas Maduronun hüquqi xidmətləri üçün ödənişləri əngəlləyir. 

Globalinfo.az xəbər verir ki, bu barədə onun vəkili Barri J. Pollak bildirib.

Pollakın sözlərinə görə, Venesuela hökuməti Maduroya vəkil xidmətləri üçün ödəniş etməyə borcludur: 

“Maduro özü də bunun olmasını gözləyir. Lakin həm o, həm də Venesuela hökuməti ABŞ Maliyyə Nazirliyinin sanksiyaları altındadırlar. Bu səbəbdən ödənişin köçürülməsinə problem yaranır. Mən bu ödənişi almaq üçün xüsusi lisenziyaya sahib olmalıyam. Lisenziya 9 yanvarda verilib, lakin verildikdən üç saat sonra Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi ona düzəliş edərək Venesuela hökumətinə Maduronun müdafiəsi üçün pul ödəməyi qadağan edib”. 

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
globalinfo.az

1Mənbələr