AZ

“Birliyimizi qorumalı və tarixi dərsləri unutmamalıyıq” - Əziz Ələkbərli

“2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələndi və bu, qəhrəman oğullarımızın şücaəti, Ali Baş Komandanın qətiyyəti sayəsində mümkün oldu”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Əziz Ələkbərli deyib.

O bildirib ki, 44 günlük müharibə nəticəsində Azərbaycanın suveren əraziləri erməni işğalından azad edilib, o cümlədən Xocalı üzərində nəzarət bərpa olunub. Deputat qeyd edib ki, bu qələbə ölkə tarixində yeni mərhələnin əsasını qoyub.

“Məsələ yalnız hərbi qələbə ilə yekunlaşmır. Erməni separatizmi və revanşizmi, eləcə də bu siyasəti dəstəkləyən müəyyən beynəlxalq dairələr bu gün də ikili standartlardan əl çəkmirlər”.

Deputat əlavə edib ki, Azərbaycanın əsas vəzifəsi milli birliyi qorumaq, tarixi hadisələri unutmamaq, gənc nəsillərə düzgün çatdırmaq və dövlətin gücünü daha da möhkəmləndirməkdir. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır, Xocalı və Qarabağın digər yaşayış məntəqələri bərpa olunur, 30 illik həsrətdən sonra məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar.

Əziz Ələkbərli qeyd edib ki, Qərbi Azərbaycan icmasının əsas hədəfi də ata-baba yurdlarına qayıdışdır və bu, soydaşlarımızın tarixi haqqıdır. Onun sözlərinə görə, tarixi torpaqlara qayıdış ideyası gələcək nəsillər üçün də mühüm mesajdır və milli yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Zeynəb Rzayeva
Foto: Əli Hüseynov

Seçilən
4
1
bakivaxti.az

2Mənbələr