AZ

Ən etibarlı tərəfdaşımız odur, investisiya gözləyirik Paşinyan

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Avropa İttifaqı (Aİ) demokratiyanın gücləndirilməsində Ermənistanın ən etibarlı tərəfdaşıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O, Ermənistan parlamentinin ötən il ölkənin Avropa İttifaqına üzv olması üçün prosesə başlamaq barədə qanun qəbul etdiyini xatırladıb:

“Əlbəttə ki, bu qanun islahat gündəliyini davam etdirmək baxımından bizim üçün vacib bir stimuldur. İndi regionda, ölkəmizdə yeni imkanlar yaranır. İndi Aİ-nin regional əlaqələrinin genişlənməsində və bərpasında necə iştirak edə biləcəyini müzakirə edirik. Ümid edirik ki, Aİ-dən və üzv dövlətlərdən ölkəmizə investisiyalar gələcək, biz Ermənistan üçün yeni imkanlar tapmağa diqqət yetiririk”.

Paşinyan vurğulayıb ki, Ermənistanla Avropa ölkələri arasında demokratiyadan, iqtisadiyyatdan müdafiəyə qədər müxtəlif sahələrdə əməkdaşlıq imkanları mövcuddur.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
globalinfo.az

1Mənbələr