Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.
Rusiya məhkəməsi politoloq Sergey Markovu “xarici agent” fəaliyyəti qaydalarını pozmaqda təqsirli bilərək 35 min rubl (770 manat) məbləğində cərimələyib.
Bakupost.az xəbər verir ki, bu barədə politoloqun vəkili Aleksandr Moloxov məlumat verib.Vəkilin sözlərinə görə, məhkəmə qərarı Rusiya İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsinin 1-ci hissəsi üzrə çıxarılıb. Protokol Markovun Ədliyyə Nazirliyi müvafiq qərar qəbul etməzdən əvvəl özünün “xarici agent” reyestrinə daxil edilməsi ilə bağlı ərizə təqdim etməməsi səbəbilə tərtib olunub.Vəkil bildirib ki, Markovun ictimai fəaliyyəti analitik, tənqidi və polemik xarakter daşıyır və onun sözlərinə görə, bu fəaliyyət xarici təsirə qarşı yönəlib.Rusiya Ədliyyə Nazirliyi politoloqu 2025-ci ilin avqustunda xarici agentlər reyestrinə daxil edib. Qərar əsaslandırılarkən Markovun Rusiya hakimiyyəti barədə saxta məlumatlar yayması, xarici agentlər və arzuolunmaz təşkilatlarla əlaqəli kontentin hazırlanması və yayılmasında iştirakı iddia olunub.Sergey Markov bu qərarı gözlənilməz adlandırıb. Politoloqun Kremlin qara siyahısına düşmə səbəblərdən biri onun Azərbaycanda keçirilən III Şuşa Qlobal Media Forumunda iştirakı ola bilər.Cavid, BakuPost
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.