Goranboy rayonunda Xocalı soyqırımı faciəsinin 34-cü ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilib.
"Unikal" xəbər verir ki, Goranboy şəhərində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, rayonun digər rəhbər şəxsləri, xidmət sahələrinin rəhbərləri və kollektivi, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Yeni Yaşayış Massivində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunub, soyqırıma həsr olunmuş rəsm sərgisi nümayiş etdirilib.