AZ

“AzSığorta”nın yığımları azalıb, ödənişləri kəskin aşağı düşüb

“AzSığorta” ASC 2026-cı ilin yanvar ayında 728 min manat həcmində sığorta haqqı toplayıb.

FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları 2025-ci ilin yanvar ayındakı 743 min manatlıq göstəriciyə nəzərən 15 min manat və ya 2,1% azalıb.
Bu dövrdə şirkətin müştərilərinə etdiyi ödənişlərin məbləği isə 21 min manat olub ki, bu da illik müqayisədə 138 min manat və ya 86,8% (7,6 dəfə) azalma deməkdir. 2025-ci ilin yanvar ayında şirkət tərəfindən 159 min manat ödəniş edilmişdi.
Şirkətin zərərlilik göstəricisi 2025-ci ilin yanvarındakı 21,4%-dən 2026-cı ilin yanvarında 2,9%-ə düşüb.

Seçilən
30
1
fed.az

2Mənbələr