AZ

22 yaşlı oğlan iş yoldaşları tərəfindən bıçaqlandı

22 yaşlı oğlan iş yoldaşları tərəfindən bıçaqlandı

Biləsuvarda gənclər arasında mübahisə bıçaqlanma ilə nəticələnib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Bəydili kəndində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Cəbrayıl sakini Fərid Samir oğlu Həziyev iş yoldaşları tərəfindən bıçaqlanıb.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan F. Həziyev təcili əməliyyat olunub, hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Əməli törətməkdə şübhəli bilinən 35 yaşlı Tural Əmirxanov və 26 yaşlı Əli Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar. Qeyd edək ki, adıçəkilən şəxslər ərazidəki Günəş elektrik stansiyasının tikintisində çalışırlar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
4
1
afn.az

10Mənbələr