AZ

Almaniya, Yaponiya və Niderland səfirlikləri Xocalı faciəsi qurbanlarının xatirəsini yad ediblər

Almaniyanın, Yaponiyanın və Niderlandın Azərbaycandakı səfirlikləri Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar paylaşım ediblər.

"Report" xəbər verir ki, bu barədə diplomatik missiyaların sosial şəbəkələrində məlumat verilib.

Almaniya səfirliyinin paylaşımında qeyd edilib: "Biz 34 il əvvəl Xocalıda həlak olanların xatirəsini hörmətlə yad edirik".

Yaponiya səfirliyindən bildirilib: "Bu gün Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar qurbanların xatirəsini yad edirik. Yaponiya hökuməti bütün soyqırımlara qarşı çıxır!".

Niderland səfirliyinin paylaşımında qeyd olunub: "Bu gün biz Azərbaycan xalqı ilə birlikdə 1992-ci ildə Xocalıda həlak olan bütün insanların xatirəsini anırıq".

Seçilən
18
2
far.az

3Mənbələr