AZ

Epşteyn sənədləri gizlədilir?

ABŞ-nin Ədliyyə Nazirliyi uşaqlara qarşı cinsi istismar şəbəkəsi yaratmaq ittihamı ilə mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə bağlı istintaq sənədlərinin uyğun olmayan şəkildə gizlədilib-gizlədilmədiyini araşdırdığını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, nazirlik Epşteyn istintaqına dair dosyalarda çatışmazlıq olması ilə bağlı xəbərlərdən sonra sosial şəbəkə üzərindən açıqlama yayıb.

Açıqlamada son dövrlərdə bir çox şəxs və media qurumunun Epşteynin keçmiş sevgilisi və cinayət ortağı Gislaine Maksvellin məhkəmə işi ilə bağlı itkin olduğu iddia edilən sənədlərə diqqət çəkdiyi qeyd olunub.

İctimaiyyət tərəfindən bəhs edilən bütün sənədlərdə olduğu kimi, nazirliyin də bu kateqoriyaya aid materialları araşdırdığı vurğulanan açıqlamada bildirilib ki, hər hansı sənədin qanunsuz şəkildə gizlədildiyi müəyyən edilərsə və onların yayımlanması qanunvericiliyə uyğun olarsa, məlumatlar ictimaiyyətlə paylaşılacaq.

CNN-in xəbərində bildirilib ki, Maksvellin vəkillərinə təqdim olunan sübut siyahısında təxminən 325 şahid müsahibəsi yer alıb və bu qeydlərin 90-dan çoxunun nazirliyin rəsmi internet səhifəsində dərc olunan arxivdə olmadığı müəyyən edilib.

Məlumatda çatışmadığı bildirilən materiallar arasında Epşteynin onu azyaşlı ikən istismar etdiyini deyən və ABŞ Prezidenti Donald Trampı cinsi istismarda ittiham edən zərərçəkmişə aid Federal Təhqiqat Bürosu ifadələrinin də olduğu iddia olunub.

Digər tərəfdən, Ədliyyə Nazirliyinin sözçüsü Epşteyn dosyalarındakı bəzi sənədlərin silindiyi barədə iddiaları təkzib edərək, “Heç bir sənəd silinməyib, əhatə dairəsinə daxil olan bütün sənədlər yayımlanıb” açıqlamasını verib.

Seçilən
31
cebheinfo.az

1Mənbələr