ABŞ ordusu İrana hücum variantlarını araşdırır. Bu zaman ilkin hədəfin ölkənin ali rəhbərliyinin olduğu bildirilir.
Publika.az “Politico”ya istinadən xəbər verir ki, Vaşinqtonda hücumun İran rəhbərliyindəki əsas şəxsləri, o cümlədən ölkənin dini lideri Əli Xameneini hədəf alması ehtimalı istisna edilmir.
Ən çox müzakirə olunan variantlardan biri "başsızlaşdırma zərbəsi" adlı hücum planıdır. Bu plan İranın ən yüksək hərbi və siyasi rəhbərliyinin zərərsizləşdirilməsini nəzərdə tutur. İranın nüvə obyektlərinə zərbə endirilməsi də planın bir hissəsi kimi qeyd olunur.
Bu arada, Ağ Ev hələ də sülh danışıqlarına ümid edir. Mətbuata danışan ABŞ-ın vitse-prezidenti Cey Di Vens Vaşinqtonun diplomatik həll yolunda maraqlı olduğunu bəyan edib. Bununla belə, o, hərbi variantın hələ də masada olduğunu açıq şəkildə bildirib.