AZ

"iPhone"lar gecə vaxtı təsadüfi zənglər etməyə başlayıb

Çində "iPhone" sahibləri qəribə bir problemıə üzləşiblər: cihazları gecə saat 2:00 radələrində təsadüfi zənglər edib.

Azreform.info "MyDrivers"ə istinadən xəbər verir ki, smartfonlar yuxu rejimində, ekran kilidli və şarj cihazına qoşulmuş vəziyyətdə olub. İstifadəçilərdən biri bildirib ki, iOS 26.1 əməliyyat sistemi ilə işləyən "iPhone" telefonu gözlənilmədən əvvəllər əlaqə saxladığı kuryerin nömrəsini yığıb.

Problem təkcə "iPhone 17" də daxil olmaqla yeni modellərə deyil, həm də köhnə cihazlara təsir edib. İlkin məlumatlara görə, səbəb eyni "Apple ID"yə qoşulmuş birdən çox cihazın səhv sinxronizasiyası, eləcə də aktiv vidjetlər və səsli yığım xüsusiyyətləri arasında qarşılıqlı əlaqə ola bilər.

Apple iOS 26.3-ə yeniləməyi tövsiyə edib. İstehsalçının açıqlamasında qeyd olunur ki, yeni versiya avtomatik yığımla əlaqəli bir anomaliyanı düzəldib.

Seçilən
15
2
azreform.info

3Mənbələr