AZ

ABŞ ın İrana hücum planı fonunda sürpriz ad: 25 illik sənəd işə düşdü

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Çin mümkün ABŞ-İsrail hücumu ehtimalı fonunda İranın müdafiə imkanlarını gücləndirmək üçün addımlar atır.

Globalinfo.az xəbər verir ki, bu barədə “The National İnterest” nəşri məlumat yayıb.

Bildirilir ki, Pekin silah tədarükü, kəşfiyyat məlumatlarının ötürülməsi və texnoloji sistemlərin dəstəklənməsi vasitəsilə Tehrana kömək edir.

“Bu addımlar Çin və İran arasında strateji tərəfdaşlığın qorunmasına, 400 milyard dollarlıq 25 illik əməkdaşlıq sazişi kimi həyata keçirilir.

İran artıq Çinin “BeiDou” peyk naviqasiya sistemini tətbiq edib, ABŞ və İsrail proqram təminatını Çin alternativləri ilə əvəzləyib. Həmçinin uzun mənzilli radar sistemləri və “HQ-9B” yer-hava raket komplekslərinin yerləşdirildiyi qeyd olunur”, – deyə bildirilib.

Nəşr qeyd edib ki, gərginlik fonunda Pekin birbaşa hərbi müdaxilə planlaşdırmır:

“Çin daha çox “aşağı intensivlikli” əks tədbirlərə üstünlük verir”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
globalinfo.az

1Mənbələr