ain.az, Modern.az saytına istinadən bildirir.
"Türkiyə ilə çox müsbət dialoqumuz var".Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Polşa Beynəlxalq Münasibətlər İnstitutunda iştirak edənlərin suallarını cavablandırarkən bildirib.O, Ermənistan-Türkiyə münasibətləri barədə şərh verib.
Paşinyan quru sərhədinin hələ açılmamasına baxmayaraq, davamlı görüşlərin və məsləhətləşmələrin müntəzəm olaraq keçirildiyini söyləyib.
"Əlbəttə ki, nail olmağa ümid etdiyimiz ən vacib hadisə Ermənistanla Türkiyə arasında rəsmi diplomatik münasibətlərin qurulması və əlbəttə ki, quru sərhədinin açılmasıdır. Proses inkişaf edir və əminəm ki, çox tezliklə bəzi nəticələr görəcəyik; ən azından münasibətlərimizdəki atmosfer artıq buna tam hazırdır", - deyə o qeyd edib.
Baş nazir vurğulayıb ki, Ermənistan Respublikasının bu məsələ ilə bağlı heç bir problemi yoxdur:"Bunun baş verməli olduğuna dair ortaq bir anlaşma hissi var, amma qərar Türkiyədən asılıdır, çünki biz istənilən vaxt buna hazırıq. Biz bu gün də Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə gedən yük maşınları üçün marşrut təmin etməyə hazır olduğumuzu bildirmişik”."İnfrastruktur tam hazırdır və biz Türkiyənin qərarını gözləyirik", - deyə Paşinyan əlavə edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.