“Son günlərdə səhhətimlə əlaqədar sosial şəbəkələrdə normal görünmürəm, amma mən də Səidə Sultan və Tolik mövzusuna dair fikir bildirəcəyəm. Birincisi, Tolik Səidə Sultanı çox istəyir, Səidə Sultan da Toliki çox istəyir...”
“Yeni Sabah” xəbər verir ki, bu sözləri aparıcı Nigar Fərhad deyib.
Aparıcı Səidə-Tolik arasında dostluğun qorunduğunu iddia edib:
“Tolik bir çox aparıcıya meydan oxuya biləcək bir adamdır. Əzizlərim, Tolikin verilişi öndədir, öncüllərdən biridir. Bu reytinqi Tolik özü əldə edib!
Elə şeylər var ki, Toliyin özü də bəyənməyə bilər. Amma bunu siz görmək istəyirsinizsə, Toliki niyə əldə alət etmək istəyirsiniz?.. Tolik çox ağıllı, çox savadlı və peşəkar bir aparıcıdır”.
Nigar Fərhad əlavə edib: "Bəzən nə isə aramızda bir söz-söhbət olsa belə, yenə də könlümü alar. Mən qardaşımın, dostumun yanındayam. Mən dostumun səhv bir hərəkətini görməmişəm. Mən dostumun efirdə artıq danışdığını görməmişəm”.
“Əziz Space TV, çox hörmətli Vado müəllim, Audiovizual Şura, çox xahiş edirəm, Tolikə hər kəs baxır, onu hamı izləyir. Tolikin verilişi reytinqlidirsə, bu deməkdir ki, ona baxan kütlə var. Kütlə ona baxmağı seçir. Kütlə Toliki görmək istəyir. Siz bəyəmirsinizsə, baxmayın da, əzizim. Niyə deyirsiniz ki, veriliş bağlanmalıdır?! Bəyəmirsiniz, baxmayın!” - deyə N.Fərhad “Tarixin bir günü” verilişinin bağlanması ilə bağlı müzakirələrə toxunub.
Əsmətxanım Rzazadə
Telegram kanalımız