"Barselona", "Liverpul" və "Bavariya" kimi klublarda oynamış Filipe Koutinyo ÇSKA-dan (Moskva) gələn təklifi qəbul etməyib.
Sportal.az "ESPN"ə istinadən xəbər verir ki, braziliyalı iki seçim qarşısındadır.
O, ya MLS-ə yollanacaq, ya da karyerasını bitirəcək.
33 yaşlı futbolçu son olaraq, azarkeşlərin təzyiqi səbəbindən "Vasko da Qama" ilə müqaviləsinə vaxtından əvvəl xitam verilməsini istəmişdi.
O, hazırda azad agentdir. Braziliyalı yarımmüdafiəçi ÇSKA-dan rəsmi təklif alsa da, Rusiyaya yollanmaq istəməyib.
Braziliya millisinin də sabiq üzvü karyerası ərzində “İnter”, “Espanyol”, "Aston Villa”, “Əl-Duhail” komandalarında da çıxış edib.
saytlarin hazirlanmasi