AZ

"Qarabağ" - "Sabah" oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasının XXII turunun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb.
 
Moderator.az xəbər verir ki, çempionluq yarışında olan "Qarabağ" və "Sabah" komandaları arasındakı matçın baş hakimi Tural Qurbanov olacaq.
 
Ona Asiman Əzizli və Cəmil Quliyev kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Əkbər Əhmədov, VAR Elçin Məsiyev, AVAR Müslüm Əliyev olacaq.
 
Munis Abdullayev matçın hakim-inspektoru, Emin Cəfərov AFFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
 
Xatırladaq ki, mart ayının 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək bu qarşılaşmaya saat 19:00-da start veriləcək.
 
Seçilən
17
moderator.az

1Mənbələr