AZ

Qəzaya düşən blogerin vəziyyəti necədir? AÇIQLAMA

ain.az, Azxeber.com portalına istinadən məlumat verir.

"Hazırda hər ikimizin səhhəti yaxşıdır, evdəyik".

Bunu AZXEBER.COM-a açıqlamasında bloger Nuray Muxtarovanın köməkçisi Taleh bəy deyib.

Qəza zamanı birlikdə olduqlarını deyən Taleh qəza ilə bağlı yayılan xəbərlərin şişirdildiyini bildirib:

"Hazırda ikimizin də səhhəti yaxşıdır. Xəstəxanada yox, evdəyik. Böyüdüləcək və şişirdiləcək heç bir şey yoxdur".

Xatırladaq ki, aparıcı Humay Muxtarovanın bloger qızı Nurayın avtomobil qəzasına düşdüyü ilə bağlı xəbərlər yayılıb. Hadisə Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində qeydə alınıb.

Nuray Muxtarovanın idarə etdiyi "Şevrolet” markalı avtomobil kəsişmədə başqa bir avtomobillə toqquşub.

Aysel Hacızadə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
1
azxeber.com

2Mənbələr