AZ

Rumıniya ilbizi Avropa restoranlarında

Buxarest, 26 fevral, AZƏRTAC

Rumıniyada yetişdirilən ilbiz (escargot) məhsulları Avropanın aparıcı restoranlarının menyularında geniş yer almağa başlayıb.

AZƏRTAC Rumıniya mətbuatına istinadla xəbər verir ki, ölkə hazırda Avropada ilbiz istehsalı və ixracı üzrə ən böyük istehsalçılardan biri hesab olunur.

Son illərdə Rumıniyada ilbiz yetişdirilməsi sahəsində ixtisaslaşmış fermaların sayı artıb və istehsal prosesi Avropa İttifaqının qida təhlükəsizliyi və keyfiyyət standartlarına uyğunlaşdırılıb. Məhsul əsasən emal olunaraq dondurulmuş və ya konservləşdirilmiş formada Fransa, İtaliya və İspaniyaya ixrac edilir.

Ekspertlərin fikrincə, təmiz ekoloji mühit, əlverişli iqlim şəraiti və nisbətən aşağı istehsal xərcləri Rumıniya ilbizinin rəqabət qabiliyyətini artırır. Bu amillər məhsulun Avropa bazarında mövqeyini möhkəmləndirib və yüksək səviyyəli restoran şəbəkələrinin marağına səbəb olub.

İlbiz ixracı kənd təsərrüfatının alternativ və gəlirli istiqamətlərindən biri kimi qiymətləndirilir. Sahə üzrə fəaliyyət göstərən istehsalçılar beynəlxalq sertifikatlaşdırma prosesindən keçərək məhsullarını premium seqmentdə təqdim edirlər.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Seçilən
10
1
azertag.az

2Mənbələr