AZ

Turinli azarkeşlər klubun bazasının önünü murdarladılar VİDEO

Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İtaliyanın "Torino" klubunun azarkeşləri məşq kompleksinin qarşısında etiraz aksiyası keçirərək, girişin qarşısına peyin töküblər. 

Fanat.Az xəbər verir ki, məlumatı "Goal" yayıb.

Mənbənin məlumatına görə, narazı fanatlar daha sonra klub prezidenti Urbano Kayroya ünvanlanmış banner asıblar. Etirazçılar yığının üstündə "MERDE COME CAIRO" ("Götür, ye, Kayro) yazılı böyük bir pankart asıblar.

A Torino clamorosa forma di protesta contro il club granata

⚽️ #SerieA pic.twitter.com/YTSm5zjXtM

— Antonello Perillo (@anperillo) February 24, 2026

İtalyan sahibkar və media maqnatı Urbano Kayro 20 ildən çoxdur ki, "Turino"nun sahibi və prezidentidir. 

Qeyd edək ki, "Torino" İtaliya A Seriyasında 15-ci pillədə qərarlaşıb və düşmə zonasından cəmi 3 xal aralıdadır. Komanda 26 oyunda cəmi 27 xal toplaya bilib.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
fanat.az

2Mənbələr