AZ

Osimhen: Spalletiyə hörmətim var

ain.az, sport24.az saytına istinadən bildirir.

Viktor Osimhen növbəti dəfə diqqət mərkəzinə düşüb. Hazırda "Qalatasaray" formasını geyinən hücumçu Çempionlar Liqasında "Yuventus" ilə oyunda vurduğu qoldan sonra sevinc nümayiş etdirməyib.

Sport24.az xəbər verir ki, nigeriyalı futbolçu bununla bağlı "Prime Video"ya açıqlama verib: "Qolu qeyd etməyə ehtiyac yox idi. Karyeramda çox önəmli rolu olan və sevdiyim bir insana hörmət göstərmək vacibdir. Təbii ki, söhbət Spallettidən gedir".

Osimhen əlavə edib:

"Spalletti məndən ən yaxşısını çıxardı. O qədər fədakar idi ki, demək olar meydanda yaşayırdı. Ona minnətdaram. Eyni zamanda Türkiyənin ən yaxşı məşqçilərindən biri olan Okan Buruka da böyük hörmətim var."

Qeyd edək ki, İstanbulda baş tutan ilk oyun "Qalatasaray"ın 5-2 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab oyununda Turin klubu əsas vaxtda 3-0 hesablı qalib gəlsə də, uzatmalarda Osimhen və Barışın Alperin qolları sayəsində iki oyunun nəticəsinə görə Türkiyə klubu növbəti mərhələyə yüksəlib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
sport24.az

1Mənbələr