“Neftçi”nin hücumçusu Ağadadaş Salyanskinin klubdakı gələcəyi qeyri-müəyyəndir.
İdmanxeber.az-a verilən məlumata görə, hücumçunun klubla müqaviləsi mövsüm sonu başa çatır. Rəhbərlik hələlik ona yeni sözləşmə təklif etməyib.
Onun yayda komandada qalıb-qalmayacağı bəlli deyil. Salyanskinin gələcəyi baş məşqçi Yuri Vernidubun da qərarından asılı olacaq.
Təcrübəli mütəxəssis U-21 millimizin üzvünə şans vermir. Ukraynalı komandaa gələndən sonra forvard ehtiyat skamyasından çıxa bilmir.
Salyanski cari mövsüm “Neftçi” forması ilə bütün turnirlərdə 12 oyunda çıxış edib və 2 qol vurub, 1assist edib.