AZ

Pezeşkiyan: "Aksiyalarda 400 hərbçi öldürülüb"

Bu barədə İran Prezidenti Məsud Pezeşkiyan ölkənin Mazandaran əyalətində çıxışı əsnasındaməlumatverib. Onun sözlərinə görə, hərbçilər asayişi qorumağa çalışarkən aksiya iştirakçıları tərəfindən öldürülüblər.

Prezident həmçinin amerikalı həmkarı Donald Trampın"iğtişaşlarda 32 min etirazçı öldürülüb"iddiasını da yalanlayıb.

Xatırladaq ki, İranda etiraz nümayişləri keçən il dekabrın 28-də milli valyutanın iflası, qiymətlərin kəskin artması nəticəsində başlayıb. Fevralın əvvəlində İranın Prezident Administrasiyası təhlükəsizlik qüvvələri ilə nümayiş iştirakçıları arasında baş vermiş toqquşmalarda ölənlərin sayını açıqlayıb. Hesabata əsasən, itkilərin ümumi sayı 3000-i ötüb.
NYT:"İran Avropadakı ABŞ bazalarını vurmağa hazırlaşır"

Etiraz aksiyaları, eyni zamanda, İranın nüvə proqramı fonunda Tehran-Vaşinqton münasibətləri son aylar xüsusilə gərginləşib. Fevralın 19-da ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının ilk iclasında İrana nüvə proqramı üzrə saziş imzalamaq üçün 15 gün möhlət verib; əks təqdirdə, İrana zərbə endiriləcəyini diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az
Seçilən
17
azvision.az

1Mənbələr