AZ

Niderlandın KLM aviaşirkəti İsrailə uçuşları dayandıracaq

Niderlandın KLM aviaşirkəti İsrailə uçuşları dayandıracaq

Niderlandın kral ailəsinə məxsus KLM aviaşirkətinin ABŞ və İran arasında yaşanan gərginlik fonunda 1 mart tarixindən etibarən İsrailə uçuşlarını dayandırmaq qərarı aldığı bildirilir.

AFN.az xəbər verir ki, İsrailin "Yediot Ahronot" qəzetinin yaydığı məlumata görə, KLM Amsterdam-Təl-Əviv xətti üzrə reysləri ləğv etdiyini elan edib.

Şirkət bu qərarına əsas olaraq İsrail istiqamətindəki uçuşların hazırkı mərhələdə həm kommersiya, həm də əməliyyat baxımından əlverişli olmamasını göstərib. Aviaşirkət rəsmiləri hadisələrin inkişafını yaxından izləməyə davam edəcəklərini və mövcud şəraitdən asılı olaraq gələcəkdə bu qərara yenidən baxa biləcəklərini qeyd ediblər.

Seçilən
9
afn.az

1Mənbələr