AZ

“Sabah” qəzeti: Xocalı ağrısı Türk dünyasının yaddaşında silinməz izlər buraxıb

Ankara, 26 fevral, AZƏRTAC

Azərbaycan işğalçıları döyüş meydanında məsuliyyətə cəlb etdi, Xocalının günahsız qurbanlarının qanının yerdə qalmasına imkan vermədi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyənin “Sabah” qəzetində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş məqalədə yer alıb.

Məqalədə Xocalı ağrısının türk dünyasının yaddaşında silinməz izlər buraxdığı qeyd olunub.

“İkinci Qarabağ müharibəsi uzun müddətdir davam edən erməni işğalına son qoydu. Qalib Azərbaycan xalqı bu gün Xocalıda 613 şəhidin xatirəsini ehtiramla yad edir”, - deyə Türkiyə qəzetinin məqaləsində bildirilir.

Yazıda 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfəri dünya tarixində hərb sənətinin dönüş nöqtəsi adlandırılır.

Məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın ədalətli mübarizəsini dəstəkləyən çoxsaylı açıqlaması xatırladılır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
9
2
azertag.az

3Mənbələr