AZ

"Ukraynaya gecə hücumu: səkkiz vilayətdə dağıntılar, altı bölgə işıqsız qalıb" - Ukrayna KİV-ləri

 
"Rusiya 420 dron və 39 raketlə Ukraynanın enerji sistemini və yaşayış məntəqələrini hədəfə alıb..."
 
Fevralın 26-na keçən gecə Rusiya Ukraynaya qarşı növbəti genişmiqyaslı hava hücumu həyata keçirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb.
 
Məlumata görə, zərbələr əsasən enerji infrastrukturuna yönəlib və nəticədə Dnepropetrovsk, Odessa, Donetsk, Zaporojye, Poltava və Xarkov vilayətlərində istehlakçıların bir hissəsi işıqsız qalıb.Energetika nazirinin birinci müavini Artyom Nekrasov bildirib ki, təhlükəsizlik imkan verdiyi ərazilərdə qəza-bərpa işlərinə başlanılıb. Hazırda ölkənin əksər bölgələrində elektrik enerjisinin verilməsi qrafiklə tənzimlənir, sənaye müəssisələri üçün isə güc məhdudiyyətləri tətbiq olunur.
 
Hücumun miqyası və HHM-nin fəaliyyəti
 
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya iki "Sirkon", 11 "İsgəndər-M"/S-400 ballistik raketi, 24 X-101 qanadlı raketi, iki X-69 və 420 zərbə PUA-sı buraxıb. Onların təxminən 280-i "Shahed" tipli olub.
 
Saat 10:00-a olan ilkin məlumata əsasən, HHM iki "Sirkon", dörd ballistik raket, 24 X-101, iki X-69 və 374 dronu zərərsizləşdirib. Ümumilikdə 406 hava hədəfi məhv edilib. Bununla belə, beş ballistik raket və 46 dron 32 məkana düşüb, bəzi ərazilərdə dağıntılar qeydə alınıb.
 
Zelenskinin açıqlaması və bölgələrdə vəziyyət
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya həm kritik infrastrukturu, həm də yaşayış binalarını hədəfə alıb: "420 dron və 39 raket buraxılıb, səkkiz vilayətdə dağıntılar var, onlarla yaralı, o cümlədən uşaqlar var". Onun sözlərinə görə, Poltavada qaz infrastrukturu, Kiyev və Dnepr vilayətlərində elektrik yarımstansiyaları zərbə alıb.
 
Gecə saat 03:00 radələrində ölkə üzrə hava həyəcanı elan olunub. Krivoy Roqda iki nəfər yaralanıb, Kiyevin müxtəlif rayonlarında yaşayış binalarına ziyan dəyib, Zaporojyedə isə evlər və qeyri-yaşayış obyektləri zərər görüb. Zelenski əlavə edib ki, raketlərin böyük hissəsi beynəlxalq tərəfdaşların təqdim etdiyi HHM vasitələri sayəsində vurulub, lakin enerji sistemini qorumaq üçün əlavə müdafiə vasitələrinə ehtiyac qalır.
Seçilən
10
1
moderator.az

2Mənbələr