“Qarabağ”ın qapıçısı Mateuş Koxalski karyerasını İngiltərədə davam etdirmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə polşalı oyunçu özü açıqlama verib:
“Bu, mənim ən böyük arzumdur. Ümid edirəm ki, bu oyunları təkcə azarkeşlər izləməyib və mənim haqqımda yaxşı danışmayıblar, eyni zamanda Premyer Liqa və ya Çempionşipdən yaxşı klubların skautları da baxıblar və bəlkə gələcəkdə məni transfer etməyə çalışarlar”.
İngiltərə mətbuatına danışan polşalı qolkiper “Nyukasl”ın oyunçusu Entoni Qordonun ona dəstək verdiyini bildirib:
“Bir səhvimdən sonra topu küncə çıxardığım epizodda Entoni Qordon yanıma gəlib dedi: “Əsəbiləşmə, sən çox yaxşı qapıçısan, davam et”. Belə böyük futbolçudan bu sözlər eşitmək mənim üçün çox xoşdur və güclü motivasiyadır”.