AZ

Bu ərazidə evlər söküləcək: Sürət qatarı keçəcək Foto

ain.az, Axar.az saytına istinadən bildirir.

Azərbaycan Dəmir Yolları QSC Bakı sürət qatarının Yeni Suraxanı – Hövsan xəttinin layihələndirilməsinə başlayıb. Bu layihənin 2026–2027-ci illərdə başa çatdırılması planlaşdırılır.

Axar.az Ölkə.az-a istinadən xəbər verir ki, layihə üçün aktiv hazırlıq işlərinə artıq start verilib.

Xüsusilə Bakının Suraxanı rayonundakı dəmir yolu təhlükəsizlik zonasında yerləşən qanunsuz tikilmiş yaşayış binalarının inventarlaşdırılması aparılıb.

Söküntü işlərinə bu ilin yazın sonu və yayın əvvəlində başlanması nəzərdə tutulub.

Bu binaların illər əvvəl müvafiq sənədləşmə olmadan tikilməsinə baxmayaraq, sakinlər kompensasiya alacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
10
axar.az

10Mənbələr