ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Ceyhun Hacıbəylinin siyasi mühacirət həyatı yaşadığı Parisdən Vətənə, Bakıya qayıtması məsələsi Üzeyir Hacıbəyovun 1925-ci il məktublarında artıq tam qətiyyətlə qoyulur və yalnız ailəsi deyil, yerli hakimiyyət nümayəndələri də bu məsələdə çox maraqlı görünürlər: “Kağızını bir para yoldaşlara göstərdim. Çox xoşlarına gəldi. Hamısı sənin gəlməyinin tərəfdarıdırlar”; “İşlərin tövri böylə göstərir ki, sizlər buraya qayıtmalısınız. Burada olan bütün yoldaşlar və həmçinin sair tanışlar hamısı böylə məsləhət görürlər ki, siz buraya gələsiniz”.
Bu arada Ceyhun bəyin xanımı, Zöhrənin qardaşı, Sankt-Peterburq Mülki Mühəndislik İnstitutunun məzunu, Moskva və Petroqradda müxtəlif vəzifələrdə işləyən Musa Hacıqasımovun da Azərbaycana gəlməsi və dərhal yüksək vəzifələrə təyin edilməsi Üzeyir bəyə böyük ümidlər verir: “Onun da burada olması yaxşıdır”.
Sabahkı “525-ci qəzet”də dərc olunacaq
Solmaz Rüstəmova-Tohidinin
“Üzeyir və Ceyhun Hacıbəylilər
MƏKTUBLARDA YAŞANAN İLLƏR” yazısının növbəti hissəsindən oxuya bilərsiniz.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.